“Neftçi” “Kəpəz” üzərində qələbədən sonra verilən dörd günlük istirahəti başa vuraraq məşqlərini bərpa edib.
Sportinfo.az xəbər verir ki, “ağ-qaralar” "Palms Sports” Futbol Mərkəzində hazırlığa başlayıblar.
Baş məşqçi Yuri Vernidubun rəhbərliyi altında keçirilən məşqdə milli komandaların düşərgələrində olan futbolçular iştirak etməyiblər. Hazırlıq prosesinə B komandasından bir neçə oyunçu cəlb olunub.
"Neftçi” Misli Premyer Liqasında növbəti matçını noyabrın 22-də “Araz-Naxçıvan”a qarşı keçirəcək. Şamaxı şəhər stadionunda baş tutacaq görüş saat 14:30-da başlayacaq.

























