İngiltərə millisinin sabiq müdafiəçisi Rio Ferdinand “Sabah”ın Çempionlar Liqasında rəqiblərindən olan “Arsenal”ın müdafiə xəttindəki rəqabətlə bağlı fikirlərini bölüşüb.
London klubunun müdafiəçisi Vilyam Saliba zədəsini sağaldaraq sıraya qayıdıb.
Onun yoxluğunda isə Ezri Konsa uğurlu çıxışı ilə diqqət çəkib. Bu vəziyyət baş məşqçi Mikel Artetanın seçim qarşısında qalmasına səbəb ola bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Ferdinand, Salibanın qayıdışından sonra Konsanın əsas heyətdəki yerini qorumasının çətin olacağını bildirib:
“Mikel Arteta üçün böyük problem yaranıb. Saliba qayıdandan sonra nə edəcək?
Konsa komandanın müdafiə xəttinə o qədər yaxşı uyğunlaşıb ki, elə bil orada 10 ildir oynayır. O, müdafiədə çox güclüdür, oyuna nəzarət edir və əsas heyət üçün əvəzolunmaz futbolçu təsiri bağışlayır. Amma gəlin,
Salibanın əvvəlki xidmətlərini də unutmayaq. Ümid edirəm ki, bu vəziyyət Arteta üçün xoş başağrısı olacaq.
Çünki indi onun sərəncamında bir mövqe uğrunda mübarizə aparan iki yüksək səviyyəli futbolçu var. Düşünürəm ki, bəzən Konsanı sağ cinah müdafiəçisi mövqeyində də görə bilərik”.
“Arsenal” 10 turdan sonra 27 xalla Premyer Liqanın turnir cədvəlinə başçılıq edir. “Topçular” 2-ci pillədəki “Brayton”u 5 xal qabaqlayır.
“Arsenal” “Sabah”ın Çempionlar Liqasının liqa mərhələsində rəqiblərindən biridir. Komandalar arasında görüş 27 yanvarda, İngiltərədə keçiriləcək.
