"Sabah”ın legioneri Timoteuş Puxaç gələcəkdə “Lex"ə qayıtmaq istədiyini açıqlayıb.
Sportinfo.az xəbər verir ki, 27 yaşlı müdafiəçi bu barədə “Meczyki” nəşrinə müsahibəsində danışıb.
Jurnalistin nə vaxtsa “Lex"ə qayıtmaq istəyib-istəmədiyi ilə bağlı sualını cavablandıran Puxaç bidlirib:
“Əlbəttə, əlbəttə. Bunun üçün çalışacağam. “Lex” inanılmaz dərəcədə inkişaf edən klubdur. Bunu görmək çox xoşdur.
Klub böhran yaşadığı vaxt orada çıxış edirdim. Birlikdə bu vəziyyətdən çıxdıq, gənc futbolçuların inkişafına kömək etdik və Avropa Liqasına vəsiqə qazandıq”, – deyə o bildirib.
Polşalı futbolçu İngiltərə Premyer Liqasında da özünü sınamaq istədiyini qeyd edib.
Puxaç “Lex"in yetirməsidir. O, bu klubun əsas komandasında 82 oyun keçirib, 7 qol vurub və 12 məhsuldar ötürmə edib.
2021-ci ildə Berlin “Union”una transfer olunan müdafiəçi daha sonra “Trabzonspor”, “Panatinaikos”, “Kayzerslautern”, “Holşteyn Kiel” və “Plimut”da çıxış edib.
Timoteuş Puçaç 2025-ci ildən “Sabah”da oynayır. Onun Bakı klubu ilə müqaviləsi 2029-cu ilin iyununa qədərdir.
