AFFA rəhbərliyi mühüm vəzifəni bu şəxsə tapşırdı

14:00 Hadisə 86
AFFA rəhbərliyi mühüm vəzifəni bu şəxsə tapşırdı

AFFA-da rəhbər vəzifəyə yeni təyinat olub.

Media və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi postu Əli Verdiyevə tapşırılıb.

O, bu bu vəzifədə Murad Axundovu əvəzləyib.

Sentyabrın 15-də Media və İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri təyin olunan Murad Axundov oktyabrın istefa ərizəsi yazıb.

Təcrübəli media mənsubu öz istəyi ilə bu adlımı atıb. O, millinin Lixtenşteynlə matçından (1:0) sonra rəsmən federasiyadakı iş yeriylə vidalaşıb.

Sentyabrın ortasında qurumda aparılan dəyişikliklər çərçivəsində Media və İctimaiyyətlə əlaqələr şöbəsinə və qurumun mətbuat xidmətinə yeni əməkdaşlar təyin olunub.

Aida Əliyeva AFFA-nın mətbuat katibi, Kənan Səfərəliyev aşağı yaş qrupları və liqalar üzrə mətbuatla iş üzrə məsul şəxs vəzifəsini icra etməyə başlayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti