Azərbaycanın U-17 və U-19 milliləri Avropa çempionatının seçmə mərhələsində ilk oyunlarına çıxıblar.
Sportinfo.az xəbər verir ki, hər iki komanda böyükhesablı məğlubiyyətlə üzləşib.
U-17 seçmə mərhələnin 1-ci raundunda Almaniya yığması ilə qarşılaşıb. Emin Mustafayevin baş məşqçi olduğu komanda səfərdə 0:7 hesabı ilə uduzub.
Elgiz Kərəmlinin çalışdırdığı U-19 millisi isə seçmə mərhələsinin 2-ci raundunun ilk oyununda Monteneqronun qonağı olub.
Oyun rəqibin 7:2 hesablı qələbəsi ilə başa çatıb. Yığmamızda qolları Əli Əliyev (31) və Məhəmməd Çodarov (79) vurub.
U-17 millisi növbəti oyununu noyabrın 14-də Şimali İrlandiyaya qarşı keçirəcək. U-19 yığması isə noyabrın 14-də Serbiya ilə qarşılaşacaq.
