İspaniyalı müdafiəçiyə görə 70-80 milyon avro ödəməyə hazır deyil - “Barselona”

12:20 İspaniya 43
İspaniyalı müdafiəçiyə görə 70-80 milyon avro ödəməyə hazır deyil - “Barselona”

İspaniya millisinin və “Tottenhem”in müdafiəçisi Pedro Porro “Barselona”nın transfer siyahısına düşüb. Ancaq futbolçunun keçidi tələb olunan məbləğə görə baş tutmaya bilər.

Sportinfo.az “The Touchline”-a istinadən xəbər verir ki, Kataloniya klubunun prezidenti Xuan Laporta ingilislərin 27 yaşlı müdafiəçi üçün istədiyi 70-80 milyon avronu ödəməyə hazır deyil.

Porro 2023-cü ilin yayından “Tottenhem”də çıxış edir. Onun London təmsilçisi ilə müqaviləsinin müddəti 2031-ci ilin yayında başa çatacaq. “Transfermarkt” portalı ispaniyalı müdafiəçinin bazar dəyərini 45 milyon avro qiymətləndirir.

“Barselona” UEFA Çempionlar Liqasının liqa mərhələsinin 5-ci turunda, noyabrın 25-də Bakıdakı Olimpiya stadionunda “Sabah”ın qonağı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
10 Noyabr 18:10 Çək və bizə göndər!