Bu yarışa nə vaxt start veriləcək?

05:00 Digər növlər 49
Bu yarışa nə vaxt start veriləcək?

Dekabrın 18-də Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Üzgüçülük Federasiyasının birgə təşkilatçılığı əsasında “Üzgüçülük hamı üçün” yarışına start veriləcək.

Sportinfo.az xəbər verir ki, yarış 14 yaş kateqoriyası üzrə (10-11, 12-13, 14-15, 16-17, 18-20, 21-25, 26-30, 31-35, 36-40, 41-45, 46-50, 51-55, 56-60, 61 və yuxarı yaşlar) üzrə keçiriləcək.

Hər yaş kateqoriyasında ölkə üzrə birinci və ikinci yerləri tutan üzgüçülər türkdilli dövlətlər arasında təşkil olunacaq “Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsinə vəsiqə qazanacaqlar.

Yarışlar saat 10:00-da respublikamızda fəaliyyət göstərən üzgüçülük hovuzlarında keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
11 Noyabr 16:10 Çək və bizə göndər!