Azərbaycan yığnasının gözünü yolda qoyan "Sampdoriya"nın hücumçusundan XƏBƏR

00:40 Problem 55
Azərbaycan yığnasının gözünü yolda qoyan "Sampdoriya"nın hücumçusundan XƏBƏR

“Sampdoriya”nın hücumçusu Lorenzo Mezzoteronun zədəsi o qədər də ciddi deyilmiş.

Sportinfo.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Lixtenşteyn və Andorra ilə görüşlər üçün milli komandaya cəlb edilmiş futbolçu sonradan zədə səbəbindən heyətdən çıxarılmışdı.

Lakin onun zədəsinin ciddi olmadığı və yaxın günlərdə “Sampdoriya”dakı məşqlərə qayıdacağı gözlənilir. İddiaya görə, Genuya klubu futbolçunun zədəsinin daha ciddi forma almaması üçün bu addımı atıblar.

Bu zədə Mezzoteronun Azərbaycan milli futbol komandasına debüt çağırışını buraxmasına səbəb olub.

Digər Xəbərlər
Xəbər Lenti
11 Noyabr 16:10 Çək və bizə göndər!