Pulsuz gündə baş məşqçi yükünün altına kim girdi? - SON DƏQİQƏ

14:40 I Divizion 126
Pulsuz gündə baş məşqçi yükünün altına kim girdi? - SON DƏQİQƏ

“Mingəçevir”də baş məşqçi dəyişikliyi yaşanıb.

I Liqada yer alan "işıqlar şəhəri”nin təmsilçisinin nəticələrinə bundan sonra Samir Məmmədov cavabdehlik daşıyacaq.

Klub rəhbərliyi ilə mingəçevirli mütəxəssis arasında aparılan danışıqlar müsbət nəticələnib.

Elman Sultanovla yollarını ayıran “Mingəçevir” bundan sonra B kateqoriyalı məşqçi ilə yoluna davam edəcək. Məmmədov avqustdan bu yana Sultanovun köməkçisi vəzifəsini daşıyırdı.

Maraq üçün bildirək ki, Elman Sultanov klubda aylıq maaşların ödənilməməsi səbəbindən istefa verərək vəzifəsindən ayrılıb.

“Mingəçevir” növbəti turda “Bakı Sportinq”lə keçiriləcək qarşılaşmaya Samir Məmmədovun rəhbərliyi altında hazırlaşacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti