Azərbaycan təmsilçisi avrokuboklarda ilk oyununu qazandı

03:30 Voleybol 75
Azərbaycan təmsilçisi avrokuboklarda ilk oyununu qazandı

Kişi voleybolçulardan ibarət "Ordu" komandası CEV Çelenc Kubokunda ilk oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi 1/32 finalda Norveçin "Forde VBK" kollektivinin qonağı olub.

Qarşılaşma Azərbaycan təmsilçisinin 3:0 (25:11, 25:17, 25:19) hesablı qələbəsi ilə bitib.

Tərəflər arasındakı cavab görüşü noyabrın 19-da, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
11 Noyabr 16:10 Çək və bizə göndər!