AFFA-nın şöbə rəhbəri UEFA-dan növbəti təyinat aldı

08:20 Bizimkilər 40
AFFA-nın şöbə rəhbəri UEFA-dan növbəti təyinat aldı

AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlılığı şöbəsinin rəhbəri Kifayət Mustafayeva UEFA-dan növbəti təyinat alıb.

Sportinfo.az xəbər verir ki, o, UEFA Qadınlar Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda keçiriləcək “OH Leuven” (Belçika) – “HB Köge” (Danimarka) matçında UEFA nümayəndəsi kimi fəaliyyət göstərəcək.

Qarşılaşma noyabrın 11-də Belçikanın Leuven şəhərindəki “Den Dreef” stadionunda baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
11 Noyabr 16:10 Çək və bizə göndər!