“Qarabağ”a qayıtdı, Qurban Qurbanova kömək edəcək - VİDEO

00:30 Qarabağ 55
“Qarabağ”a qayıtdı, Qurban Qurbanova kömək edəcək - VİDEO

“Qarabağ”ın sabiq futbolçusu Riçard Almeyda Azərbaycana qayıdıb. O, Ağdam klubunda fəaliyyət göstərəcək.

Sportinfo.az xəbər verir ki, braziliyalı həm seleksiya işləri ilə məşğul olacaq, həm də əsas komandanın məşqçilər korpusuna kömək edəcək.

Almeyda Braziliyada istedadlı və perspektivli futbolçuların üzə çıxarılması, onların “Qarabağ”ın akademiyasına cəlb olunması istiqamətində seleksiya işlərini həyata keçirəcək.

Bununla yanaşı, o, əsas komandada baş məşqçi Qurban Qurbanova kömək edəcək. Almeyda hələlik qeyri-rəsmi şəkildə məşqçilər korpusunun fəaliyyətində iştirak edəcək.

Almeyda artıq futbolçu karyerasını başa vurub.

Almeyda “Qarabağ”ın bugünkü məşqində də iştirak edib. Buna dair görüntü klubun sosial şəbəkə hesabında paylaşılıb.

Digər Xəbərlər
Xəbər Lenti
11 Noyabr 16:10 Çək və bizə göndər!