Azərbaycan klubunun kapitanı Pakistan millisinə çağırıldı

03:00 Sumqayıt 58
Azərbaycan klubunun kapitanı Pakistan millisinə çağırıldı

“Sumqayıt”ın kapitanı İsa Suliman Pakistan millisinə dəvət alıb.

Sportinfo.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı müdafiəçi Banqladeşdə keçirilən "SAFF Championship 2026" turnirində mübarizə aparan Pakistan millisinin heyətinə çağırılıb.

Pakistan millisi turnirin B qrupunda Hindistan və Maldiv adaları ilə mübarizə aparır. Komanda qrup mərhələsində noyabrın 5-də Hindistan, noyabrın 8-də isə Maldiv adaları ilə qarşılaşıb.

Turnirdə A qrupunda Banqladeş, Şri-Lanka və Butan yer alıb. Qruplarda ilk iki yeri tutan komandalar yarımfinala yüksələcək.

Yarımfinal görüşləri noyabrın 14-də, final isə noyabrın 17-də keçiriləcək. Bu gün – noyabrın 11-də Hindistan Maldiv adaları ilə qarşılaşacaq. Bundan sonra Pakistanın yarımfinaldakı rəqibi müəyyənləşəcək.

Digər Xəbərlər
Xəbər Lenti
11 Noyabr 16:10 Çək və bizə göndər!