İngiltərə millisinin və “Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Pol Skoulz, norveçli hücumçu Erlinq Halandın “Mançester Siti”dən ayrılacağı təqdirdə, “Barselona”ya keçə biləcəyini düşünür.
Sportinfo.az xəbər verir ki, sabiq futbolçu bu barədə “The Touchline”-a açıqlamasında danışıb:
“Mançester Siti” Premyer Liqanı tərk etsə, düşünürəm ki, Haland “Barselona”ya keçəcək. O, “Real”ın futbolçusu təsiri bağışlayır.
Onu həmin formada təsəvvür edə bilirəm, amma böyük ehtimalla, “Barselona”da olacaq. Atasının bu keçidlə bağlı indidən hansısa işləri yoluna qoymamasına təəccüblənərdim”.
Halandın “Mançester Siti” ilə müqaviləsinin müddəti 2034-cü il iyunun sonuna qədərdir. 26 yaşlı forvardın bazar dəyəri 220 milyon avro qiymətləndirilir.
“Mançester Siti” 2009-10-cu ildən 2017/18-ci il mövsümünə qədər, 115-dən çox maliyyə qaydasını pozmaqda günahlandırılır.
