Yersiz hərəkət etdi, komandasını çətin vəziyyətdə buraxdı, ƏFV OLUNMADI

20:00 Neftçi 89
Yersiz hərəkət etdi, komandasını çətin vəziyyətdə buraxdı, ƏFV OLUNMADI

"Neftçi" müdafiəçisi İqor Ribeyronu böyük məbləğdə cərimələyib.

Bu qərar Yuri Vernidubun raportu əsasında verilib.

Belə ki, baş məşqçi “Turan Tovuz”la matçın (1:1) 29-cu dəqiqəsində rəqibin hücumçusu İbrahima Vadjiyə qarşı kobudluğa yol verən və buna görə birbaşa qırmızı vərəqə alan cənubi amerikalı legioneri bağışlamayıb.

Ukraynalı mütəxəssis bu hadisəyə çox hirslənib. Bildirib ki, "sambaçı" olduqca yersiz hərəkət edib və bu, qarşılaşmanın nəticəsinə birbaşa təsir göstərib.

Öz növbəsində AFFA İntizam Komitəsi onu 2 oyunluq cəzalandırıb. Onun klubu isə 1000 manat cərimə edilib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti