Bir neçə tanınmış klubun skautu millimizin oyununda kimi izlədi?

11:00 Almaniya 64
Bir neçə tanınmış klubun skautu millimizin oyununda kimi izlədi?

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsinin I raundunda Almaniya ilə keçirəcəyi oyun diqqət mərkəzində olub.

Sportinfo.az Almaniya mətbuatına istinadən xəbər verir ki, bir neçə tanınmış klubun skautu almanların U-17 yığmasının oyunlarını izləmək qərarına gəlib.

İkinci qrupun ilk matçında Almaniya və Azərbaycan milliləri Frankfurtun “DFB Kampus” stadionunda üz-üzə gəlib - 7:0.

Həmin qarşılaşmanı bir neçə klubun nümayəndələri tribunadan izləyib.

Əsas diqqət mərkəzində Berlin “Union”unun hücumçusu Linus Güther olacaq. 16 yaşlı forvard indidən Avropa nəhənglərinin maraq dairəsindədir.

Digər Xəbərlər
Xəbər Lenti
11 Noyabr 16:10 Çək və bizə göndər!