Paytaxt klubunun yeni transferini Halanda bənzətdi

16 Sentyabr 2024 22:00 İtaliya 1 766
Paytaxt klubunun yeni transferini Halanda bənzətdi

İtaliya millisinin və “Mançester Siti”nin sabiq hücumçusu Mario Balotelli “Roma”nın ukraynalı forvardı Artem Dovbik haqda danışıb.

Sportinfo.az AS-a istinadən xəbər verir ki, italiyalı futbolçu, Dovbikin oyun üslubunun Erlinq Haland kimi olduğunu bildirib:

“Dovbikin oyun üslubu Erlinq Haland kimidir. Bu adam ən yaxşı koordinasiyaya malik deyil.

Amma onun güclü olduğunu və cərimə meydançasının içindən qol vura biləcəyini deyə bilərsiz. Düşünürəm ki, o, 10-dan çox qol vuracaq”.

Dovbik yay transfer pəncərəsində İspaniyanın “Jirona” klubundan “Roma”ya keçib. 27 yaşlı ukraynalı hücumçu İtaliya çempionatının cari mövsümündə 4 oyun keçirib, 1 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
6 Sentyabr 20:00 Çək və bizə göndər!
6 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
6 Sentyabr 02:20 Rüfət oynadı, uduzdular
5 Sentyabr 23:40 Altı qol - VİDEO