Bir ayrılıq, bir yeni müqavilə - “Yuventus”da

19 İyul 2024 10:00 İtaliya 1 297
Bir ayrılıq, bir yeni müqavilə - “Yuventus”da

“Yuventus” futbolçusu Adrien Rabyo ilə yolları ayırıb.

Sportinfo.az klubun saytına istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçi ilə başa çatan müqavilənin müddəti yenilənməyib.

Rabyo 2019-cu ildən İtaliya təmsilçisində çıxış edirdi. Bu müddət ərzində futbolçu İtaliya çempionu və iki dəfə ölkə kubokunun qalibi olub.

“Yuventus” digər futbolçusu Fabio Miretti ilə də yeni müqavilə imzalayıb. Bu barədə Turin təmsilçisinin rəsmi saytı məlumat yayıb.

20 yaşlı yarımmüdafiəçinin sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.

Miretti “Yuventus”un yetirməsidir. O, 2021/2022 mövsümündə əsas komandada debüt edib. Ötən mövsüm Miretti “Yuventus”un heyətində bütün yarışlarda 28 oyun keçirib, iki qol vurub və eyni sayda məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
6 Sentyabr 20:00 Çək və bizə göndər!
6 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
6 Sentyabr 02:20 Rüfət oynadı, uduzdular
5 Sentyabr 23:40 Altı qol - VİDEO