“Napoli” yeni müqavilə təklif etdi - Xviça Kvaratsxeliyaya

11 Fevral 2024 01:40 İtaliya 1 096
“Napoli” yeni müqavilə təklif etdi - Xviça Kvaratsxeliyaya

“Napoli” futbolçusu Xviça Kvaratsxeliyaya yeni müqavilə imzalamağı təklif edib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun prezidenti Aurelio De Laurentis məlumat verib:

“Üç ay əvvəl onun agentləri ilə görüşdük, müqaviləni uzatmağı təklif etdim. Cavab belə oldu: “Narahat olmayın, biz burada xoşbəxtik, mövsümün sonunda danışaq”.

Gürcüstanlı oyunçunun klubla hazırkı müqaviləsi 2027-ci il iyunun 30-a qədər nəzərdə tutulub.

Kvaratsxeliya bu mövsüm bütün turnirlərdə 29 matçda iştirak edib, 6 qol vurub və 5 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"