“Yeni müqavilə üzərində işləyirik, narahat olmağa dəyməz”

6 Fevral 2024 15:40 İtaliya 582
“Yeni müqavilə üzərində işləyirik, narahat olmağa dəyməz”

“İnter”in hücumçusu Lautaro Martines Milan klubu ilə müqavilənin mümkün uzadılması haqda danışıb.

Sportinfo.az xəbər verir ki, argentinalı forvard bu haqda danışıqların getdiyini bildirib:

“Yeni müqavilə üzərində işləyirik və bilirəm ki, düzgün yoldayıq. “İnter”də oynadığım üçün çox şadam, ona görə də, narahat olmağa dəyməz”.

Martines 2018-ci ildən “İnter”də çıxış edir. Onun klubla hazırkı müqaviləsi 2026-cı ilin iyununa qədər nəzərdə tutulub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti