30 yaşlı forvard karyerasını bu klubda davam etdirəcək – İcarə əsasında

2 Fevral 2024 01:30 İtaliya 791
30 yaşlı forvard karyerasını bu klubda davam etdirəcək –  İcarə əsasında

“Roma” hücumçusu Andrea Belottini icarəyə verib.

Sportinfo.az xəbər verir ki, 30 yaşlı forvard karyerasını “Fiorentina”da davam etdirəcək.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Belotti 2023/24 mövsümünün sonunadək “Fiorentina”da oynayacaq.

Belotti 2022-ci ildən “Roma”da çıxış edir. Təcrübəli hücumçu bu mövsüm komandanın heyətində bütün turnirlərdə 22 oyuna çıxıb, 6 qol vurub və 2 qolun ötürməsini verib.

Futbolçunun “Roma” ilə müqaviləsi 2025-ci ilin iyun ayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"