Tanınmış 35 yaşlı müdafiəçi karyerasını İtaliyada davam etdirəcək

2 Fevral 2024 00:10 İtaliya 615
Tanınmış 35 yaşlı müdafiəçi karyerasını İtaliyada davam etdirəcək

Almaniya milli komandasının sabiq üzvü Jerom Boatenqin yeni klubu bəlli olub.

Sportinfo.az xəbər verir ki, 35 yaşlı müdafiəçi karyerasını İtaliyada davam etdirəcək.

Təcrübəli futbolçu “Salernitana” ilə razılıq əldə edib.

Boatenq hazırda tibbi müayinədən keçir. O, yeni klubu ilə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Jerom Boatenq son olaraq “Lion”da çıxış edib. Mərkəz müdafiəçisi 2023-cü ilin iyul ayından klubsuz idi.

Digər Xəbərlər
Xəbər Lenti
6 Sentyabr 20:00 Çək və bizə göndər!
6 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
6 Sentyabr 02:20 Rüfət oynadı, uduzdular