İspaniyalı “Qalatasaray”dan ayrıldı, paytaxt klubuna keçdi

31 Yanvar 2024 15:40 İtaliya 974
İspaniyalı “Qalatasaray”dan ayrıldı, paytaxt klubuna keçdi

“Roma” yeni transferini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçisi “Leyptsiq”dən Anxelinyonu icarəyə götürüb.

İspaniyalı futbolçu “Roma”da mövsümün sonuna qədər oynayacaq. Müqavilədə satınalma şərti də var. İtaliya klubu mövsümün sonunda 5 milyon avro ödəyərək futbolçunun transfer hüququnu ala bilər.

Anxelinyo mövsümün ilk yarısını icarə əsasında “Qalatasaray”da keçirib. O, İstanbul klubunda 19 matçda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"