Yayda “Milan”ın sükanı arxasına keçəcək - Antonio Konte

31 Yanvar 00:20 İtaliya 220
Yayda “Milan”ın sükanı arxasına keçəcək - Antonio Konte

“İnter”in və İtaliya millisinin sabiq çalışdırıcısı Antonio Konte yayda “Milan”a baş məşqçi təyin olunacaq.

Sportinfo.az xəbər verir ki, Konte mövsümün sonunda “Milan”ın hazırkı baş məşqçisi Stefano Piolini əvəz edəcək

. İtaliyalı mütəxəssis klub rəhbərliyinin təklif etdiyi şərtlərlə razılaşıb.

Konte məşqçilik karyerası ərzində “Çelsi”, “Yuventus”, “İnter”, “Atalanta”, “Siena”, “Bari” və İtaliya millisinə rəhbərlik edib.

Onun son komandası “Tottenhem” olub. O, London təmsilçisini ötən ilin mart ayında tərk edib.

“Milan” hazırda İtaliya çempionatının turnir cədvəlində 3-cü yerdədir. Piolinin komandası 22 turdan sonra 46 xal toplayıb.

Digər Xəbərlər
Xəbər Lenti