Keçmiş futbolçusunu geri qaytarmaq istəyir - "Yuventus”

30 Yanvar 2024 22:00 İtaliya 760
Keçmiş futbolçusunu geri qaytarmaq istəyir -

“Yuventus” “Udineze”dən Roberto Pereyranı geri qaytarmağı planlaşdırır.

Sportinfo.az xəbər verir ki, bunu Turin təmsilçisinin baş məşqçisi Massimiliano Alleqri istəyir.

“Udineze” isə 33 yaşlı yarımmüdafiəçi üçün “Yuventus”dan 4 milyon avro tələb edir.

Lakin “qoca sinyora”nın rəhbərliyi məbləğin yüksək olduğunu qarşı tərəfə bildirib. Hazırda danışıqlar davam edir.

Uruqvaylı futbolçu 2014/2015 və 2015/2016 mövsümlərində “Yuventus”da çıxış edib.

Ümumilikdə Pereyra bütün turnirlərdə komandanın heyətində 68 oyun keçirib, 6 qol vurub və 8 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"