Qapıçını təhqir edən daha 4 azarkeş ömürlük stadionlardan uzaqlaşdırıldı

26 Yanvar 01:30 İtaliya 322
Qapıçını təhqir edən daha 4 azarkeş ömürlük stadionlardan uzaqlaşdırıldı

“Milan”ın qapıçısı Mayk Menyanı təhqir edən “Udineze”nin daha 4 azarkeşinin kimliyi məlum olub.

Sportinfo.az xəbər verir ki, fransız qolkiperi təhqir edən daha üç kişi və bir qadının məsuliyyət daşıdığı müəyyənləşdirilib.

Azarkeşlər irqçilikdə günahlandırılır. Udine təmsilçisi onlara ömürlük ev oyununa girməyi qadağan edib. Həmin fanatlar 5 il ərzində İtaliyada heç bir stadiona buraxılmayacaqlar.

Bundan öncə daha bir azarkeşin stadiona girişinə qadağan qoyulmuşdu.

İtaliya A seriyasının XXI turunda keçirilən “Udineze” – “Milan” görüşündə qonaqlar 3:2 hesablı qələbə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti