“Səudiyyə Ərəbistanı liqası dünyanın ən yaxşılarından biri olacaq”

26 Yanvar 00:10 İtaliya 242
“Səudiyyə Ərəbistanı liqası dünyanın ən yaxşılarından biri olacaq”

“Roma”da icarə əsasında çıxış edən “Çelsi”nin hücumçusu Romelu Lukaku Səudiyyə Ərəbistanı çempionatının perspektivlərindən danışıb.

Sportinfo.az xəbər verir ki, belçikalı oyunçu Səudiyyə Ərəbistanı çempionatının ən yaxşı olmaq üçün şansı olduğunu bildirib:

“Düşünürəm ki, yaxın iki ildə Səudiyyə Ərəbistanı Pro Liqası dünyanın ən yaxşılarından biri olacaq. Bütün Səudiyyə klubları məşhur futbolçuları buraya cəlb etmək üçün çox səy göstərir.

Onlar əhəmiyyətli dərəcədə yaxşılaşır. Onların çempionatının dünyanın ən yaxşısı olmaq üçün hər cür şansı var”.

Lukaku bu mövsüm “Roma”nın heyətində bütün yarışlarda 26 oyuna çıxıb, 15 qol vurub və 2 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti