“İnter” bu qolla İtaliya Superkubokunu qazandı - VİDEO

23 Yanvar 10:00 İtaliya 285
“İnter” bu qolla İtaliya Superkubokunu qazandı - VİDEO

“Əl-Avval Park” stadionunda (Ər-Riyad, Səudiyyə Ərəbistanı) İtaliya Superkubokunun final oyunu başa çatıb.

Sportinfo.az xəbər verir ki, “İnter” ölkə çempionu “Napoli”ni məğlub edib - 1:0.

Matçda yeganə qol əsas vaxta əlavə olunan ilk dəqiqədə vurulub - Lautaro Martines fərqlənib. Pavar sağ cinahdan cərimə meydançasının mərkəzinə ötürmə edib, argentinalı rəqib qapısına dəqiq zərbə endirib.

60-cı dəqiqədən etibarən neapollular azlıqda çıxış ediblər. Hücumçu Covanni Simeone ikinci sarı vərəqə alaraq meydandan qovulub.

Milan klubu üçün İtaliya Superkubokunda bu qələbə artıq tarixdə səkkizinci olub. “İnter” artıq üçüncü ildir, kuboku qazanır.

Turnirin yarımfinalında “İnter” “Latsio”ya 3:0 hesabı ilə qalib gəlib.

Ölkə çempionatında "İnter" "Yuventus"dan sonra ikinci yeri tutur. Bununla belə, Simone İnzaqinin yetirmələri bir oyun az keçiriblər. “Napoli” liderdən 21 xal geri qalaraq 9-cu yerdədir.

Digər Xəbərlər
Xəbər Lenti