"Qalatasaray"ın müdafiəçisi İtaliyanın hansı klubuna yollanacaq?

23 Yanvar 2024 01:30 İtaliya 919
"Qalatasaray"ın müdafiəçisi İtaliyanın hansı klubuna yollanacaq?

"Qalatasaray"da ümidləri doğrulmayan Anxelinyo komandadan ayrılacaq.

Sporinfol.az xəbər verir ki, ispan sol cinah müdafiəçisi karyerasını İtaliyada davam etdirəcək.

27 yaşlı futbolçu "Torino"ya keçəcək.

"Qalatasaray" Anxelinyonu mövsümün əvvəlində "Leyptsiq"dən icarəyə götürüb. İspaniya millisinin sabiq üzvü "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 19 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"