“Başqası hələ də bizi üstələyirsə, onun əlini sıxmaq qalır”

22 Yanvar 21:40 İtaliya 263
“Başqası hələ də bizi üstələyirsə, onun əlini sıxmaq qalır”

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri komandanın İtaliya çempionluğu uğrunda mübarizəsini şərh edib.

Sportinfo.az xəbər verir ki, italiyalı mütəxəssis mümkünsüz heç nə olmadığını bildirib:

“Futbolda mümkünsüz heç nə yoxdur. Biz qeyri-adi bir şeyə qadir olduğumuza, qeyri-mümkün olanı mümkünə çevirə biləcəyimizə inanmalıyıq

. Biz əlimizdən gələnin ən yaxşısını verməliyik və başqası hələ də bizi üstələyirsə, onun əlini sıxmaq və səylərini alqışlamaq qalır.

Sevinirəm ki, 300-cü qələbəmi qazandım. Mən özümü çox şanslı hesab edirəm, çünki görkəmli futbolçularla işləmişəm, onları izləmək əsl zövq idi”.

“Yuventus” A Seriyasının 21-ci turunda “Leççe”yə qalib gəlib (3:0). Alleqri üçün bu qələbə İtaliya çempionatında 300-cü olub.

“Ağ-qaralar” A Seriyasında hazırda turnir cədvəlində 52 xalla birinci yerdədir.

Digər Xəbərlər
Xəbər Lenti