Azərbaycan millisinin sabiq baş məşqçisi İran klubunda?

23 Yanvar 2024 00:30 İtaliya 860
Azərbaycan millisinin sabiq baş məşqçisi İran klubunda?

Azərbaycan millisinin sabiq baş məşqçisi Canni De Byazi İran klubunda çalışa bilər.

Sportinfo.az-ın “tehrantimes.com” saytına istinadən məlumatına görə, italiyalı mütəxəssis “Persepolis”in maraq dairəsindədir.

Bu ayın əvvəlində baş məşqçi Yəhya Qolməhəmmədini istefaya göndərən Tehran təmsilçisi De Byazi ilə danışıqlara başlayıb.

Bu posta digər namizəd isə portuqaliyalı Joze Vitor dos Santuş Pezeyrudur.

Hazırda Nigeriya millisini çalışdıran Pezeyru 2003/2004 mövsümündə İspaniyanın “Real” klubunda baş məşqçi Karluş Keyruşun köməkçisi olub.

Canni De Byazi 2023-cü ilin noyabrında Azərbaycan millisindən ayrılıb.

Digər Xəbərlər
Xəbər Lenti
6 Sentyabr 20:00 Çək və bizə göndər!
6 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
6 Sentyabr 02:20 Rüfət oynadı, uduzdular