Son ölkə çempionu “Verona”dan Siril Nqonqeni rənglərinə bağladı

20 Yanvar 2024 22:00 İtaliya 552
Son ölkə çempionu “Verona”dan Siril Nqonqeni rənglərinə bağladı

“Napoli” yeni hücumçu transfer edib.

Sportinfo.az xəbər verir ki, son ölkə çempionu “Verona”dan Siril Nqonqeni rənglərinə bağlayıb.

Neapol təmsilçisi 23 yaşlı vinger üçün onun klubuna 20 milyon avro təzminat ödəyib. Futbolçu ilə imzalanan müqavilənin müddəti barədə məlumat verilməyib.

“Verona” Siril Nqonqeni ötən ilin yanvar ayında “Qroningem”dən transfer edib.

Belçikalı futbolçu bu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 21 matçda 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti