“Tər, qan, göz yaşı, sevinc, kədər, sevgi, qardaşlıq, tarix, əbədiyyət"

18 Yanvar 15:20 İtaliya 289
“Tər, qan, göz yaşı, sevinc, kədər, sevgi, qardaşlıq, tarix, əbədiyyət"

“Roma”nın baş məşqçisi vəzifəsindən istefaya göndərilən Joze Mourinyo klubla vidalaşıb.

Sportinfo.az xəbər verir ki, portuqaliyalı mütəxəssis bu haqda sosial şəbəkə hesabında paylaşım edib.

O, “Roma”da işlədiyi dövrlərə aid olan görüntüləri izləyiciləri ilə bölüşərək belə yazıb:

“Tər, qan, göz yaşı, sevinc, kədər, sevgi, qardaşlıq, tarix, əbədiyyət”.

Mourinyo 2021-ci ildən “Roma”da baş məşqçilik edirdi. Komanda 2022-ci ildə onun rəhbərliyi altında UEFA Konfrans Liqasının qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti