Mehdi “İnter” yolunda - 2+1 illik müqavilə imzalanacaq

18 Yanvar 01:40 İtaliya 354
Mehdi “İnter” yolunda - 2+1 illik müqavilə imzalanacaq

"İnter" yayda hücum xəttini yeni oyunçu ilə gücləndirəcək.

Sportinfo.az xəbər verir ki, Milan təmsilçisi mövsümün sonunda "Portu" ilə müqaviləsi başa Mehdi Taremini transfer edəcək.

Bu barədə Fabritsio Romano məlumat yayıb.

"İnter" iranlı forvardla şərtləri razılaşdırıb. Tərəflər arasında 2+1 illik müqavilə imzalanacaq.

"Portu" Mehdi Taremini 2020-ci ilin yayında "Rio Ave"dən transfer edib.

31 yaşlı hücumçu bu mövsüm Portuqaliya təmsilçisinin heyətində meydana çıxdığı 26 rəsmi matçda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti