“Mən onun xarakterini yaxşı bilirəm, çox təəssüf ki, bu, baş verdi”

18 Yanvar 00:00 İtaliya 279
“Mən onun xarakterini yaxşı bilirəm, çox təəssüf ki, bu, baş verdi”

“İnter”in vitse-prezidenti Xavyer Zanetti Joze Mourinyonun “Roma”nın baş məşqçi postundan istefasına münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, Zanetti portuqaliyalı mütəxəssisi peşəkar adlandırıb:

“Mənim Mourinyo ilə əla münasibətim var. Çox təəssüf ki, bu baş verdi.

Mən onun xarakterini yaxşı bilirəm, o, əsl peşəkardır. O, həqiqətən də, “Roma” ilə uğur qazanmaq istəyirdi”.

İtaliya klubu dünən Mourinyonun istefasını açıqlayıb. 60 yaşlı mütəxəssis 2021-ci ildən Roma klubunda işləyib. O, komanda ilə UEFA Konfrans Liqasının qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti