“İtaliya futbolu böyük məşqçini itirdi” – Mourinyonun gedişinə təəssüfləndi

17 Yanvar 2024 18:20 İtaliya 622
“İtaliya futbolu böyük məşqçini itirdi” – Mourinyonun gedişinə təəssüfləndi

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri Joze Mourinyonun “Roma”dan qovulmasına münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, italiyalı mütəxəssis Mourinyoya uğurlar arzulayıb:

“İtaliya futbolu öz işini yaxşı görən böyük məşqçini itirdi. Həm ona, həm də məşqçilik səyahətinə yenicə başlayan Daniele de Rossiyə uğurlar arzulayıram”.

Mourinyo dünən “Roma”nın baş məşqçisi vəzifəsindən istefaya göndərilib. O, 2021-ci ilin may ayından İtaliya təmsilçisini çalışdırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti