Səudiyyə Ərəbistanı klublarının maraq dairəsində - "Yuventus"un yarımmüdafiəçisi

14 Yanvar 2024 01:30 İtaliya 586
Səudiyyə Ərəbistanı klublarının maraq dairəsində - "Yuventus"un yarımmüdafiəçisi

"Yuventus"un yarımmüdafiəçisi Filip Kostiç Səudiyyə Ərəbistanı klublarının maraq dairəsinə düşüb.

Sportinfo.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” portalı məlumat yayıb.

Mənbənin sözlərinə görə, Kostiç qış “transfer pəncərəsi”ndə iş yerini dəyişə bilər. Serbiyalının Səudiyyə Ərəbistanına transferi böyük ehtimalla bu ay reallaşacaq.

Qeyd edək ki, 31 yaşlı serb 2022-ci ilin avqust ayından "Yuventus"un futbolçusudur.

Onun İtaliya klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir. Bu mövsüm Kostiç bütün turnirlərdə 18 matçda iştirak edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti