“Yaxın vaxtlarda müqavilə məsələsi başa çatmalıdır” - “Milan”dan “Fənərbaxça”ya gedir

11 Yanvar 2024 22:00 İtaliya 807
“Yaxın vaxtlarda müqavilə məsələsi başa çatmalıdır” - “Milan”dan “Fənərbaxça”ya gedir

“Milan”ın baş direktoru Corcio Furlani yarımmüdafiəçi Rade Kruniçin tezliklə “Fənərbaxça”ya keçəcəyi xəbərini təsdiqləyib.

Sportinfo.az xəbər verir ki, Furlani yaxın vaxtlarda müqavilənin imzalanacağını bildirib:

“Bəli, yaxın vaxtlarda müqavilə məsələsi başa çatmalıdır”.

Kruniç “Spartak”ın da transfer siyahısındadır. Transferin 5 milyon avro olacağı gözlənilir.

O, 2019-cu ildən “Milan”ın formasını geyinir və müqaviləsi 2025-ci ilə qədərdir. 30 yaşlı futbolçu karyerası ərzində “Sutyeska”, “Donyi Srem”, “Verona”, “Boraç” və “Empoli”də də çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"