Sərdar “Sevilya”ya keçir?

8 Yanvar 2024 01:40 İtaliya 944
Sərdar “Sevilya”ya keçir?

İran millisinin hücumçusu Sərdar Azmun karyerasını İspaniyada davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, “Sevilya” Azmunla müqavilə imzalamağa yaxındır.

İspaniya təmsilçisi “Bayer”lə danışığa keçərək, Azmunun “Roma”ya icarə müqaviləsinin ləğv edilməsinin mümkün olub-olmamasını müzakirə edib.

29 yaşlı futbolçu “Rubin”, “Rostov”, “Zenit”də oynadıqdan sonra 2022-ci ildə “Bayer”ə keçib. İranlı futbolçu 2027-ci il iyunun 30-na qədər Leverkuzen klubuna məxsusdur.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"