Müdafiəçisi üçün 60 milyon tələb edir - İtaliya klubu

8 Yanvar 2024 00:20 İtaliya 752
Müdafiəçisi üçün 60 milyon tələb edir - İtaliya klubu

“Mançester Yunayted” müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin əsas hədəfi “Atalanta”da çıxış edən Corcio Skalvinidir.

“Qırımızı şeytanlar” 20 yaşlı mərkəz müdafiəçisi üçün onun klubu ilə danışıqlara başlamağa hazırlaşır.

Gənc oyunçu üçün “Atalanta” 60 milyon avro tələb edir. “Milan” və “Yuventus” da futbolçu ilə maraqlanır.

Skalvini “Atalanta”nın yetirməsidir. İtaliya millisinin üzvü cari mövsümdə komandanın heyətində meydana çıxdığı 21 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"