“Latsio”nun futbolçusunu istəyir - Premyer Liqa klubu

6 Yanvar 2024 00:20 İtaliya 765
“Latsio”nun futbolçusunu istəyir - Premyer Liqa klubu

“Aston Villa” “Latsio”nun yarımmüdafiəçisi Felipe Andersonla maraqlanır.

Sportinfo.az xəbər verir ki, “Aston Villa” 30 yaşlı futbolçunu 2024-cü ilin yayında azad agent kimi transfer etmək istəyir.

Futbolçunun hazırkı klubu ilə müqaviləsinin müddəti iyunun sonunda bitəcək.

Anderson 2021-ci ilin iyulundan “Latsio”nun formasını geyinir. Yarımmüdafiəçi 2023/2024 mövsümündə 1 qol vurub, 6 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"