“Bizim ona ehtiyacımız var, iki gündən sonra...”

22 Dekabr 2023 00:20 İtaliya 944
“Bizim ona ehtiyacımız var, iki gündən sonra...”

“İnter”in baş məşqçisi Simone İnzaqi komandanın hücumçusu Lautaro Martinesin İtaliya kubokunun 1/8 final mərhələsinin “Bolonya” ilə oyununda (1:2) aldığı zədədən danışıb.

Sportinfo.az xəbər verir ki, italiyalı mütəxəssis Martinesin vəziyyətinin yaxşı olduğunu bildirib:

“Martinesin vəziyyəti yaxşıdır. O, istənilən halda dərin müayinədən keçəcək. İki gün sonra daha bir matçımız olacaq. Bizim ona ehtiyacımız var”.

“İnter” “Bolonya”ya uduzaraq, İtaliya kubokunda mübarizəni dayandırıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"