"On gün ərzində onun transferini təşkil etməyə çalışdıq, sonra başa düşdük kİ..."

23 Noyabr 2023 21:40 İtaliya 923
"On gün ərzində onun transferini təşkil etməyə çalışdıq, sonra başa düşdük kİ..."

“Milan”ın keçmiş texniki direktoru Paulo Maldini hücumçu Lionel Messini komandasına dəvət etmək istədiyini etiraf edib.

Sportinfo.az xəbər verir ki, o, argentinalı futbolçunun “İnter”ə keçə bilmə ehtimalına da kədərlənib:

“Onun “İnter”ə keçə biləcəyini biləndə kədərləndim. On gün ərzində onun “Milan”a transferini təşkil etməyə çalışdıq.

Lakin sonra başa düşdük ki, bu, sadəcə olaraq, qeyri-mümkündür”.

36 yaşlı hücumçu 2021-ci ildə “Barselona”dan ayrılaraq PSJ-yə keçib. Messi hazırda “İnter Mayami”də oynayır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 İyul 16:30 Çək və bizə göndər!