COP29

Müqavilə müddətini 2025-ci ilin iyun ayına artırmaq niyyətindədir

10 Noyabr 2023 15:40 İtaliya 377
Müqavilə müddətini 2025-ci ilin iyun ayına artırmaq niyyətindədir

"İnter" müdafiəçi Matteo Darmianı komandadan buraxmaq fikrində deyil.

Sportinfo.az xəbər verir ki, "nerazzura" təcrübəli futbolçunun müqavilə müddətini 2025-ci ilin iyun ayına artırmaq niyyətindədir.

Darmian 2021-ci ilin iyul ayından Milan klubunda çıxış edir. Bu mövsüm o, bütün yarışlarda 12 matça çıxıb. 33 yaşlı futbolçunun “İnter”lə müqaviləsi 2024-cü il iyunun 30-na qədərdir.

O, “Milan”, “Padova”, “Palermo”, “Torino”, “Mançester Yunayted”, “Parma” klublarında oynadıqdan sonra 2020-ci ildə “İnter”ə keçmişdi. Darmian indiyə qədər İtaliya millisində 39 matça çıxıb və bir qol vurub

Digər Xəbərlər
Xəbər Lenti