"Onun yenidən klubumuza – rəhbərliyə qayıtmaq şansı var.

8 Noyabr 2023 15:20 İtaliya 727
"Onun yenidən klubumuza – rəhbərliyə qayıtmaq şansı var.

“Milan”ın baş direktoru Corcio Furlani klubun sabiq hücumçusu Zlatan İbrahimoviçlə danışıqları haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, isveçli keçmiş futbolçunun yenidən kluba qayıtmaq şansının olduğunu bildirib:

“Zlatan İbrahimoviçin yenidən klubumuza – rəhbərliyə qayıtmaq şansı var. Biz bununla fəxr edərdik. Növbəti addımları müzakirə etmək üçün onunla danışıqlar aparırıq”.

42 yaşlı sabiq hücumçu 2010-2012 və 2020-2023-cü illərdə “Milan”da çıxış edib. Keçmiş futbolçu 2023-cü ilin iyununda peşəkar karyerasını bitirdiyini elan edib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"