"Bu anı çoxdan gözləyirdim, bura gəlmək üçün çox çalışdım"

7 Noyabr 2023 10:00 İtaliya 968
"Bu anı çoxdan gözləyirdim, bura gəlmək üçün çox çalışdım"

“Roma”nın hücumçusu Sərdar Azmun komandada debüt qolundan sonra emosiyalarını bölüşüb.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı forvard inanılmaz hisslər keçirdiyini bildirib:

“Çətin oyun olacağını bilirdik. Diqqətimizi saxladıq və xarakter nümayiş etdirdik. Bu, azarkeşlərimiz üçün layiqli mükafatdır.

A Seriyasında ilk qolunuzu vurmağınız nə deməkdir? Bu, inanılmaz hissdir. Bu anı çoxdan gözləyirdim.

Bura gəlmək üçün çox çalışdım. Mən bu şəhəri sevirəm. Vurduğum qolu ailəmə həsr edirəm”.

Romalılar İtaliya çempionatının 11-ci turunda “Leççe”yə qalib gəlib (2:1) və turnir cədvəlində 7-ci pillədə qərarlaşıblar.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"