COP29

“Qarabağ”la matçda əla oynadı, məşhur klubun “radar”ına düşdü “Milan”

29 Oktyabr 2023 01:20 İtaliya 504
“Qarabağ”la matçda əla oynadı, məşhur klubun “radar”ına düşdü “Milan”

“Milan” “Bayer”də (Leverkuzen) çıxış edən Alexandro Qrimaldonu heyətinə qatmaq istəyir.

Sportinfo.az xəbər verir ki, İtaliya təmsilçisinin 28 yaşlı cinah müdafiəçisinə marağı Leverkuzen klubunun “Qarabağ”a qarşı Avropa Liqasındakı oyunundan sonra daha da artıb.

Bundan əlavə, “Barselona” da yetirməsini geri qaytarmaq niyyətindədir. “Milan” ispaniyalı futbolçunu transfer etmək istəyirsə, kataloniyalılardan daha cəlbedici təklif irəli sürməlidir.

Alexandro Qrimaldo cari ilin may ayında “Bayer”ə müqavilə imzalayıb. O, cari mövsümdə 12 matçda 5 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

Cinah oyunçusu “Qarabağ”a 5:1 hesabı ilə qalib gəldikləri qarşılaşmada dubl edib.

2008-2012-ci illərdə “Barselona”nın akademiyasında olan Qrimaldo 2011-2016-cı illərdə əvəzedici komandanın formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti