COP29

"Bizim gücümüz həmişə birlik olub, hələ çox işimiz var”

27 Oktyabr 2023 15:40 İtaliya 204
"Bizim gücümüz həmişə birlik olub, hələ çox işimiz var”

“Roma”nın vingeri Stefan El Şaaravi Avropa Liqasında “Slaviya” üzərində qazanılan qələbəni (2:0) şərh edib.

Sportinfo.az xəbər verir ki, italiyalı futbolçu hələ görüləsi çox işləri olduğunu bildirib:

“Romelu Lukaku əla hücumçudur və əla hücumçularla oynamaq xoşdur, biz yaxşı anlaşırıq. Daha bir neçə qol vurmaqla oyunun nəticəsini ilk hissədə həll edə bilərdik.

Amma ümumilikdə performansımızdan razıyıq. Çətin anlarda bir komanda kimi hərəkət edirik, səhvləri təhlil edirik ki, bir daha təkrarlamayaq.

Bizim gücümüz həmişə birlik olub. Bizim hələ çox işimiz var”.

Roma təmsilçisi 3 oyundan sonra turnir cədvəlində liderdir.

Digər Xəbərlər
Xəbər Lenti