COP29

10 aylıq cəza alan “qumarbaz”ı ayaqlarının sındırılacağı ilə hədələdilər - Çoxlu borcu var

26 Oktyabr 2023 18:20 İtaliya 521
10 aylıq cəza alan “qumarbaz”ı ayaqlarının sındırılacağı ilə hədələdilər - Çoxlu borcu var

İtaliya Futbol Federasiyası “Nyukasl”ın və İtaliya millisinin yarımmüdafiəçisi Sandro Tonalini mərc oynadığı üçün 10 ay müddətinə futboldan uzaqlaşdırıb.

Sportinfo.az xəbər verir ki, italyan yarımmüdafiəçi “Milan”da çıxış etdiyi zaman komandasının oyunlarına mərc edib.

O, indi 3 milyon avro borcunun olduğunu etiraf edib. 23 yaşlı futbolçu borcli olduqlarının onun ayaqlarını sındıracaqları ilə hədələdiklərini bildirib.

Diskvalifikasiyaya görə Tonali İngiltərə Premyer Liqasının qalan mövsümünü, eləcə də, İtaliya vəsiqə qazana bilsə, AÇ-2024-ü buraxacaq.

Bundan əvvəl “Yuventus”un futbolçusu Nikolo Faqioli mərc araşdırması zamanı adı çəkilən ilk futbolçu olub və artıq 7 aylıq diskvalifikasiya olunub.

Digər Xəbərlər
Xəbər Lenti