“Biz indi yeni müqaviləni müzakirə edirik, mən klubda qalmaq istəyirəm"

22 Oktyabr 2023 17:20 İtaliya 673
“Biz indi yeni müqaviləni müzakirə edirik, mən klubda qalmaq istəyirəm"

Müdafiəçi Denzel Dumfris yeni müqavilə imzalamaq üçün “İnter” rəhbərliyi ilə danışıqlar apardığını bildirib.

Sportinfo.az xəbər verir ki, niderlandlı futbolçu klubda qalmaq istədiyini deyib:

“Biz indi yeni müqaviləni müzakirə edirik. Danışıqlar tam sürətlə gedir və mən klubda qalmaq istəyirəm”.

Futbolçunun “İnter”lə hazırkı müqaviləsi 2025-ci ilin yayına qədərdir.

27 yaşlı müdafiəçi 2021-ci ilin avqustunda “İnter”ə keçib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"